HAQQIMIZDA

Spring Hotel

Klassik memarlıq üslubunda, müasir dizayn elementlərindən istifadə edilməklə inşa edilmiş 5 ulduzlu, lyuks “Spring Hotel” Bakının mərkəzindən cəmi 17 kilometr məsafədə Novxanıda yerləşir.


Özünəməxsus atmosferi, fərqli xidməti və müasir texnologiyalarla təchiz olunmuş otelimizə təşrif buyurduğunuz andan etibarən başdan ayağa dəbdəbə və zərifliklə əhatə olunacaq, fərqli bir aləmə düşdüyünüzü hiss edəcəksiniz.


İxtiyarınızda olan, yüksək zövqlə dekorasiya edilmiş 77 nömrədə ən dəbdəbəli lüks otellərə məxsus bütün şərait yaradılıb.


Otelimizdəki restoran və barlarda peşəkar aşpazlar tərəfindən hazırlanmış təamları nuş edə bilərsiniz.


Həmçinin ağız dadınıza uyğun zəngin səhər süfrəmiz ürəyinizcə olacaq. İstədiyiniz zaman yeməyin qaldığınız nömrəyə servisi mümkündür.


24 saat fəaliyyət göstərən məlumat büromuz və çox dilli gülərüz personalımız Sizlərin bələdçisi olacaq.


Qonaqların rahatlığı üçün nəzərdə tutulmuş ictimai yerlər kondisionerlə təchiz olunub.


Bundan əlavə otelimizdə pul dəyişmək ücün terminallar mövcuddur.


İstirahətinizi daha keyfiyyətli etmək üçün otelimizdə yüksək standartlara cavab verən qapalı və açıq hovuzlar fəaliyyət göstərir. Qonaqlarımız həmçinin buxar otağı, “full servis” spa, və buxar vannalarından istifadə etməklə rahat əylənə bilərlər.


Siz “Spring Hotel”də uzun iş saatı və yorucu biznes görüşlərindən sonra rahatlaşdırıcı masaj sifariş verə bilərsiniz.


Digər servizlərimiz: uşaq baxıcıları, pulsuz gündəlik qəzet jurnallar, “consiej” xidməti, camaşırxana və təcili “check in”, “check out” xidməti, “bellboy” xidməti , tibbi yardım , şadlıq sarayı da Sizlərin ixtiyarındadır.


Konfrans və tədbirlərinizin keçirilməsi üçün otel daxilində keyfiyyətli auido-vizual avadanlıqlarla təchiz olunmuş konfrans zalları da mövcuddur.

© 2017 SPRİNG HOTEL.
All Rights Reserved