XİDMƏTLƏRİMİZ

Spring Hotel

AQUAPARK- “Spring Hotel” in Aquapark Kompleksinin xidmət məkanı 3 hovuz, 2 restoran, 1 bar, 10 müxtəlif su sürüşkənləri və çeşidli günəş yataqlarından ibarətdir. Dərinliyi az olan hovuzlarımız isə az yaşlı uşaqların təhlükəsiz üzməi üçün yaradılıb. Valideyinlər 0-3 yaş arası uşaqları üçün dayə sifariş edərək özləri rahat şəkildə istirahət edə bilərlər. Aquaparkımızdakı qarderoblarda dəsmal, su və duş kabinlərndən istifadə tamamilə ödənişsizdir. Burada eyni zamanda “King Burger” Fast Food restoranı, “Aqua” restoran qonaqlarımızın xidmətindədir.


DAXİLİ HOVUZ VƏ SPA - Azərbaycanda ən rahat spa mərkəzlərindən biri olan spa mərkəzimiz sizə hər zaman yadda qalacaq həzzi bəxş edəcəkdir. “ Spring Hotel Novxanı və Spa” otelində yerləşən Spa mərkəzində yüksək zövq və son dərəcə müasir tərtibatda inşa olunmuş 1 hovuz, hovuz kənarı günəş yataqları, türk hamamı (göbək daşı), kisə otağı, 2 sulu buxar ( rus saunası), 2 quru buxar ( fi saunası), 6 masaj otağı, masaj kisə, tayski masaj,balla masaj,yağla masaj, süpürgə, 3 VİP otaq yüksək səviyyəli spa bar, qapalı hovuz və idman zalı da qonaqlarımızın ixtiyarındadır. Daha fərqli həzz anları yaşamaq istəyənlər üçün xüsusi hamam, sauna, prosedur otağı və istirahət zalı ilə təchiz edilmiş möhtəşəm “VIP Spa Suite” mövcuddur. Bu məkan xüsusi spa həzzini yaşamaq istəyənlər üçün ən ideal seçimdir. Siz burada həmçinin ləziz və sağlam içkilər, yüngül yeməklər təklif edən “SPA ” barın xidmətlərindən də yararlana bilərsiniz.


FİTNES ZALI - Ən son model idman avadanlıqları ilə təhciz olunmuş trenajor zalımızdan istifadə etməklə gğzəl bədən quruluşuna malik ola və sağlamlığınızın qayğısına qalmış olarsınız.


HƏDİYYƏ MAGAZASI - Biz Sizlərin makanımızda rahatlığını təmin etmək üçün yuxarıda qeyd olunan xidmətlərlə kifayətlənməmişik. Sevdiklərinizi, doğmalarınızı sevindirmək istəyənlər üçün hədiyə mağazamız Sizlərin xidmətindədir. Mağazanın müxtəlif çeşidli hədiyyələri hər kəsin zövqünə uyğun olacağına əminik.


KONFRANS ZALI - Biznes görüşlərinin, şəxsi tədbirlərinizin keçirilməsi üçün ən ideyal məkan bizim konfrans zalımızdır. Bura konfransların ən yüksək səviyyədə keçirilməsi üçün son dərəcə müasir texnoloji avadanlıqlarla təchiz edilib. Konfrans zallarımızdan istifadə etməklə uğurlarınıza rəng qata bilərsiniz.


“Spring Hotel” in qeydiyyat bölməsi günün 24 saatı fəaliyyət göstərir. Günün istənilən saatında otelə yaxınlaşaraq qydiyyat edə bilərsiniz. Bu işdə Sizlərə gülərüz və mehriban əməkdaşlarımız yardımçı olacaq.


Burada eyni zamanda məşhur markaların avadanlıqları ilə təchiz olunmuş geyimlərinizi təzədən fərqlənməyəcək dərəcə təmizləyəcək camaşırxana fəaliyyət göstərir.


Otelimizin avtodayanacaq xidməti tamamilə pulsuzdur. Avtomobillərinizi rahat şəkildə dayanacağa etibar edə bilərsiniz.


Qonaqlarımıza daha bir xidmət təklif edirik. İstəyinizə uyğun olaraq peşəkar sürücülərimiz rahat avtomillərdə Sizi hava limanına təhlüəkəsiz çatdırmaq imkanına malikdirlər. Seçiminizdən asılı olaraq istənilən saatda bu xidmətimiz də Sizlərin ixtiyarındadır.


Animatorlar – Tanınmış DJ-lər gözəl animasiyalar və əyləncəli şoularla həm uşaqlarınızı, həm də Sizləri əyləndirərərək gününüzü daha yadda qalan edəcək.




Bars & Restaurants


“Light House” - Yeməyi və içməyi sevənlər üçün qonaqlarımızı restoranlarımıza dəvət edirik. Ən nəfis təamlardan tutmuş möhtəşəm bar atmosferinədək hər şey bizim “Light House” retoranında tapa bilərsiniz.


Burada gecə saat 24:00-a qədər qonaqlarımıza eksklüziv səhər yeməkləri və peşəkar aşpazların hazırladığı dünya və milli mətbəxin ən dadlı yeməkləri təqdim olunur.


“Manhattan bar” - Otelimizin aquaparkında yerləşən “Manhattan bar”da professional barmenlərin ağız dadınıza uyğun hazırladığı kokteyillər: “Manhattan”, “Majito” çeşidləri, “Blue hawain”, “Pino Colada”, “Sea Breeze” və ev sayağı ərsəyə gətirilmiş limonadları dada bilərsiz. Eyni zamanda burada əlavə olaraq “Movida Plaza bar”, “Loby bar” da fəaliyyət göstərir.



“Movida Plaza ” - Restoranlar arasında əsl inci sayılan bu məkanda ən təzə, təmiz ərzaqlardan hazırlanmış Milli və Avropa mətbəxinin təamlarını dada bilərsiniz. Qonaqlarımızın ürəyincə olacaq yeməklərin təqdim edildiyi, “Movida Plaza” ailəvi nahar etmək, kollektiv bayramlar və banketlər keçirmək olar.


“Movida Plaza ”nın mənzərəsini tamamlayan dəniz və bağ panoramasının istirahətinizi daha gözəl və unudulmaz edəcəyinə əminik.


Restoranın ayrı-ayrı otaqları, personalın professional xidməti Sizlərin istirahətdən daha çox zövq almağınıza şərait yaradacaq.


Kompleksimizdə fəaliyyət göstərən şadlıq sarayı əsl zadəganlar üçün yaradılıb. Buranın istər xarici, istərsə də daxili dizaynı onun necə yüksək zövqlə inşa olunmasından xəbər verir. Sarayımızın gözəlliyinin və möhtəşəmliyinin qonaqlarımızı valeh edəcəyinə inanırıq. Buranın daxili dizaynı xarici görünüşün davamı olaraq öz əzəmətini qorumaqdadır. Əminik ki, təqdim etdiyimiz yeməklər ən tələbkar qurmanların ağız dadına cavab verməyə hazırdır. Ağız dadınıza uyğun təamlarımız, gözünüzü oxşayacaq dizaynımız və zövq alacağınız akustikamız məmnunluğumuzdur.

© 2017 SPRİNG HOTEL.
All Rights Reserved